“İlk matçda İtaliyaya qarşı oynayacağıq. Dünyanın gözü bu matçda olacaq”. Bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib. Təcrübəli mütəxəssis AVRO-2020-nin final mərhələsi barədə fikirlərini açıqlayıb: “Üzərimizə çox vəzifə düşür. Xəyallarımız gerçəyə döndü. Seçmə mərhələ hamının birlikdə olduğu yarış idi. AVRO-2020-yə yüksəlməyi bacardıq. Bu günü dünəndən yaxşı bacardıq. Sabah üçün daha yaxşısını etməliyik”. Yarışa hazırlıq planını açıqlayan Ş.Günəş qrup oyunlarından ikisini keçirəcəkləri Bakıya gələcəkləri tarixi də açıqlayıb: “Mayın 26-da Antalyada Azərbaycanla yoxlama oyunu keçirəcəyik. 29-da da bir matçımız olacaq. Bu görüşdə 3-4 komanda var. Ardınca Xorvatiya və İrlandiya ilə də qarşılaşacağıq. Xorvatiya ilə matç çox vacibdir. İyunun 10-da Romaya gedib, 2 gün sonra final mərhələsində ilk matçımıza çıxacağıq. Ayın 13-də Bakıya yollanıb Uels və İsveçrə ilə oynayacaq və mərhələni adlayacağıq”. Təcrübəli çalışdırıcı Uels və İsveçrə ilə oyunların Bakıda baş tutacağından məmnunluğunu da dilə gətirib: “Azərbaycana düşdüyümüz üçün çox xoşbəxtəm. Bundan daha yaxşısı ola bilməzdi. Öz meydanımızdakı kimi oynayacağıq. Amma səfər baxımından çətinlik var ki, bu da daha çox İsveçrəyə təsir edəcək kimi görünür”.