“Mançester Yunayted” “Tottenhem”in yarımmüdafiəçisi Kristian Erikseni transfer etmək istəyir. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Mənbənin xəbərinə görə, mançesterlilər danimarkalı futbolçuya görə London klubuna 20 milyon funt-sterlinq ödəməyə hazırdır. Məsələ ondadır ki, Eriksenlə “Tottenhem” arasında müqavilə müddəti gələn ilin yayında başa çatır. Bu da o deməkdir ki, mövsüm başa çatan kimi Kristian “Tottenhem”dən azad agent statusu ilə ayrılacaq. Başqa klubları qabaqlamaq istəyən “Mançester Yunayted” isə onun müqavilə müddətinin başa çatmasına 6 ay qalmış londonlularla razılığa gəlmək istəyir. Xatırladaq ki, Eriksenlə “Real” və “Yuventus” da maraqlanır.