Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Prezident Kuboku” uğrunda yarış davam edir.
Beynəlxalq döyüş sənətləri festivalının ilk günündə idmançılar alpaqut, muay-tay, uşu-sanda, freefightinq, İTF-taekvondo, S-1 peşəkar liqası, vin-çun növlərində mübarizə aparıblar.
Bu gün yarış iştirakçıları real aykido, muay-tay, uşu-sanda, S-1 peşəkar liqası, kyukşin, ciu-citsu üzrə döyüşlərdə qüvvələrini sınayıblar.
Turnirdə Azərbaycan da daxil olmaqla, 11 ölkədən 900-dən çox idmançı mübarizə aparır.