“Şalke”nin qapıçısı Aleksandr Nyubel növbəti mövsüm “Bavariya”nın şərəfini qoruyacaq.
Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə 23 yaşlı qapıçı artıq Helzenkirhen klubunun rəhbərliyinə Münhenə köçəcəyi ilə bağlı məlumat verib. Onun “Bavariya” ilə 5 illik müqavilə imzaladığı bildirilir.
Nyubel “Bavariya”ya azad agent kimi keçəcək. Bir müddət Noyerin əvəzedicisi kimi oynayacaq Aleksandr sonradan Münhen klubunda əsas heyətin üzvünə çevriləcək.