“İnter”in sabiq futbolçusu Deyan Stankoviç “Srvena Zvezda”nın baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə Belqrad klubunun rəsmi saytı məlumat yayıb. Serbiyalı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Stankoviç futbolçu karyerasına məhz “Srvena Zvezda”da başlayıb və 1994-98-ci illər aralığında bu klubun şərəfini qoruyub. Daha sonra İtaliyaya yollanan Deyan 2004-cü ilə qədər “Latsio”, sonra isə 10 il müddətində “İnter”də çıxış edib.