Xosep Qvardiola köməkçisi Mikel Artetanın “Arsenal”a keçidi haqda münasibət bildirib.
“Mançester Siti”nin baş məşqçisi köməkçisinin London klubunda işinin öhdəsindən gələcəyinə inandığını bildirib: “Mikel “Mançester Siti” üçün mükəmməl məşqçi idi. O, bütün diqqətini işinə sərf etmişdi və əməksevərliyi ilə yadda qalmışdı. Arteta futbolu çox yaxşı bilir. Son illər qazandığımız uğurlarda onun böyük payı var. Ona yeni işində uğurlar arzulayıram. Əminəm ki, Mikel işinin öhdəsindən gələ biləcək”.
Xatırladaq ki, Arteta 2016-cı ildən “Mançester Siti”də Qvardiolanın köməkçisi kimi çalışıb. Bu müddət ərzində “şəhərlilər” 2 dəfə premyer liqa, Liqa Kuboku və İngiltərə superkubokunun və bir dəfə də İngiltərə Kubokunun qalibi olub.