Xosep Qvardiolanın “Mançester Siti”dəki köməkçisi Mikel Arteta “Arsenal”ın baş məşqçisi vəzifəsinə təyin olunub.

London klubunun rəsmi portalının məlumatına görə, 37 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalanıb. Xatırladaq ki, Arteta 2011-2016-cı illərdə “Arsenal”ın heyətində çıxış edib.

İspaniyalı mütəxəssisin təyinatına qədər isə komandanı müvəqqəti olaraq Frederik Lyünberq idarə edirdi. Sabiq isveçli futbolçu isə Unay Emerinin istefasından sonra 3 oyun “topçular”ı meydana çıxarmışdı.