“Arsena”ın yarımmüdafiəçisi Məsut Özil karyerasını “Fənərbağça”da davam etdirməyə yaxındır. Türkiyənin “Fotomaç” nəşrinin məlumatına görə, 31 yaşlı forvard İstanbul klubunda icarə əsasında oynayacaq. Vaxtı ilə “Liverpul” və “Tottenhem”də çalışan “Fənərbağça”nın idman direktoru Damyen Komolli Özilin keçidi ilə bağlı danışıqlar aparmaq üçün hazırda Londondadır. Xatırladaq ki, Özil 2013-cü ildən  “Arsenal”ın şərəfini qoruyur.  Onunla müqavuilə isə 2021-ci ilin iyunun 30-da başa çatacaq. Cari mövsüm Məsut bütün turnirləri nəzərə almaqla, “topçular”ın heyətində keçirdiyi 11 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.