“Arsenal”ın aparıcı futbolçuları klubu tərk etmək istəyir.

“The İndependent” nəşrinin məlumatına görə, klubun doğru istiqamət üzrə inkişaf etməməsi oyunçuların narazılığına səbəb olub. Mənbə xüsusən də komandanın hücumçusu Pyer Emerik Obameyanqın “Arsenal”dan getmək istədiyini yazır. Elə Qranit Caka ilə Aleksandr Lakazzett də London klubunda qalmaq haqda fikirləşmir. Onların belə fikirdə olması komandanın digər üzvlərinin seçiminə də təsir edib. “Arsenal”da özünü xoşbəxt hiss etməyən oyunçulardan biri də Məsut Özildir.

Xatırladaq ki, “Mançester Siti”nin baş məşqçisi Mikel Arteta klubun baş məşqçisi olacaq. Bir çox oyunçuların komandadan getmək istəməsinin isə bu təyinatla əlaqəsi yoxdur.