“Zaltsburq”dan “Liverpul”a keçən Takumi Minomino yeni komandası haqda fikirlərini bölüşüb.

24 yaşlı yaponiyalı forvard “Liverpul”da oynamağın arzuları ilə yaşadığını söyləyib: “Liverpul”da oynamaq mənim arzum idi. Həqiqətən də heyrət içindəyəm. Nəhayət ki, bu xoş anları yaşadım. Premyer liqada oynamaq əsas hədəflərimdən biri idi. Fikrimcə, bu liqa dünyanın ən güclüsüdür. Karyeram uğurlu alınacağı halda nə vaxtsa bu liqada oynayacağımı düşünürdüm. Amma məhz “Liverpul”da çıxış edəcəyimi gözləmirdim. İndi çox xoşbəxtəm. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm.

Bu komandanın bir hissəsi olacağıma görə xoşbəxtəm. Hədəfim premyer-liqa və Çempionlar Liqasını qazanmaqdır. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, vaxtı ilə “Zaltsburq”da oynayıb sonradan “Liverpul”a keçən oyunçular arasında Nabi Keyta və Sadio Mane də olub. Minominonun 2015-ci ildən “Sereso Osaka”dan “Zaltsburq”a keçdiyini də xatırladaq.