“Lion” “Valensiya”nın hücumçusu Kevin Qameyronu heyətinə qatmaq istəyir.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə Fransa təmsilçisi 32 yaşlı hücumçunun transfer hüququnu bir dəfəlik həll etməyi planlaşdırır. Qeyd edək ki, bir müddət öncə Liqa 1-də çıxış edən “Nant” da Qameyronu transfer etmək üçün “Valensiya”ya təklif göndərmişdi. Amma fransalı futbolçu “bülbüllər”in heyətində oynamaqdan imtina etmişdi.

Xatırladaq ki, 2005-ci ildən peşəkar karyerasına başlayan Qameyro bu müddət ərzində “Strasburq”, “Loryan”, PSG, “Sevilya” və “Atletiko”nun şərəfini qoruyub.