Əmrə Can yanvarda “Yuventus”u tərk etmək istəyir.
Goal.com portalının məlumatına görə Almaniya millisinin yarımmüdafiəçisi Turin klubundakı mövqeyindən razı deyil. Məsələ ondadır ki, türkəsilli futbolçunun adı Çempionlar Liqasının iştirak ərizəsinə salınmayıb. Bu isə Əmrə Cana pis təsir edib.
“Yuventus” rəhbərliyi PSG-dən Leandro Paredesi transfer etmək istədiyindən 25 yaşlı yarımmüdafiəçini əks marşrutla Parisə göndərmək istəyir. Amma almaniyalı futbolçu ilə “Fiorentina”, “Mançester Yunayted” və Dortmund “Borussiya”sı da maraqlanır.