Xosep Qvardiola “Arsenal”ın Mikel Arteta ilə danışıqlar apardığını təsdiqləyib.
“Mançester Siti”nin baş məşqçisi köməkçisinin gələcək prespektivi haqda bunları söyləyib: “Bəli, mənim Artetanın “Arsenal” rəhbərliyi ilə görüşməsindən xəbərim var. Klub elə bir canlı təşkilatdır ki, heç vaxt yerində qalmır. Bu gün işləyən sabah effekt verməyə bilər. Bu gün klubda çalışanın sabah buranı tərk etməsi mümkündür. Arteta müdrik insandır və nə edəcəyini yaxşı bilir. O, çox səmimi və dürüst insandıır. Amma hələ ki, “Siti” ailəsinin bir üzvüdür”.
Xatırladaq ki, Arteta 2016-cı ildən MS-də köməkçi məşqçi vəzifəsində çalışır