PSG-nin baş məşqçisi Tomas Tuxel yenidən Almaniyaya qayıda bilər.
“Sky Sport Döyçland”ın verdiyi məlumata görə, “Bavariya” 46 yaşlı mütəxəssisə dəvət göndərməyə hazırlaşır. Mənbə onu da yazır ki, Niko Kovaçı istefaya göndərdikdən sonra münhenlilər Tuxellə əlaqə yaradıb. Amma tərəflər arasında hələ ki, heç bir razılıq əldə olunmayıb. Almaniyalı mütəxəssisin PSG ilə müqaviləsi isə 2021-ci ildə başa çatır.
Fransa mətbuatının yazdığına görə, ÇL-də növbəti uğursuzluq nəticəsində Tuxellə parislilər arasında əməkdaşlığa son qoyula bilər.