“Napoli”dən istefaya göndərilən Karlo Ançelotti “Everton”un baş məşqçisi olmağa yaxındır.

Artıq italiyalı mütəxəssis Mersisayd klubu ilə danışıqlar aparmaq üçün Liverpula gəlib. Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat verib. Xatırladaq ki, bir müddət öncə portuqaliyalı Marku Silvanı istefaya göndərən “Everton” rəhbərliyi komandanı müvəqqəti olaraq Dankan Ferqyusona tapşırıb.

Hazırda 17 turdan sonra liverpullular 18 xalla 16-cı pillədə qərarlaşıb.