“Barselona” klubunun əfsanəvi futbolçusu Lionel Messi, “Adidas” şirkətinin təşkil etdiyi tədbirin fəxri qonağı olub.
O, burada futbolçu karyerasında qazandığı uğurlar barədə danışıb. Argentinalı hücumçu bu yaxınlarda Parisdə keçirilən “Qızıl top”un təqdimat mərasimində rəy sorğusunda bütün rəqiblərini qabaqlayaraq 6-cı dəfə fəxri mükafatın sahibi olub. Messi 2018-2019-cu illərdə Argentina milli komandasının heyətində 54 dəfə qol vuraraq azarkeşlərinin rəğbətini qazanıb.
Ulduz futbolçu gələn həftəyə təyin olunan “El Klassiko” barədə də fikirlər səsləndirib: “Qazandığım hər bir mükafatın özünə məxsus dəyəri var. Çünki onların hər birini çətinliklə əldə etmişəm. “Qızıl top” mükafatını yenidən qazanmaq mənim üçün çox sevindirici oldu. Buna görə azarkeşlərə və məni izləyənlərə xüsusi təşəkkürümü bildirirəm. Bu yaxınlarda nəhayət ki, “El Klassiko” oyununa çıxacağıq. Hər oyunda olduğu kimi, əzəli rəqibimizlə mübarizədə də özümə məxsus oyunumla yadda qalmağa çalışacağam”
Qeyd edək ki, Lionel Messi yeni mövsümdə “Barselona”nın heyətində 10 oyunda iştirak edib və 12 qol vurub