Şənbə günü Türkiyə superliqasında 3 oyun keçirilib.

“Qalatasaray” “Alanyaspor”u 21-ci dəqiqədə Belhandanın qolu ilə məğlub edərək ardıcıl 2 oyundan sonra ilk qələbəsini qazanıb. Çempionatın lideri “Sivasspor” isə səfərdə “Yeni Malatyaspor”dan üstün olub. Beləliklə də 9-cu turda İstanbulda “Qalatasaray”a 0:2 hesabı ilə uduzan “Sivasspor” ardıcıl 5-ci qələbəsini qazanıb.

Türkiyə Super Liqası

14-cü tur  

7 dekabr

Yeni Malatyaspor – Sivasspor 1:3

Gilyerme, 37 – H.Arslan, 26. M.Yandaş, 30. E.Kılınc, 54.

Ankaragücü – Göztəpə 1:3

İ.Parlak, 31 – H.Akbunar, 1. S.Gürler, 47; 58.

Qalatasaray – Alanyaspor 1:0

Belhanda, 21.