Şənbə günü bundesliqada 6 görüş keçirilib.

Mönxenqladbaxdakı görüşdə çempionatın lideri olan "Borussiya" son çempion "Bavariya"nı Bensebianinin dublu sayəsində məğlub edib. Beləliklə də, Münhen klubu ardıcıl 2-ci məğlubiyyəti ilə üzləşərək liderdən 7 xal geri düşüb.

Ötən tur Münhendə “Bavariya”nı məğlub edən “Bayer” isə bu dəfə Leverkuzendə “Şalke”dən üstün olub. Bu qələbə ilə leverkuzenlilər 6-cı pilləyə yüksələrək “Bavariya”dan önə keçib.

Çempionatda 2-ci pillədə qərarlaşan “Leyptsiq” “Hoffenhaym”ı Vernerin dublu və Sabitserin qolu ilə üstələməyi bacarıbsa, Dortmund “Borussiya”sı “Fortuna”nı darmadağın edərək 3-cü yerə yüksəlib.

Almaniya Bundesliqası

14-cü tur

7 dekabr

Auqsburq – Maynts 2:1

Rixter, 41. Nyederlexner, 65-pen – L.Öztunalı, 15.

Borussiya (Mönxenqladbax) – Bavariya 2:1

Bensebaini, 60; 90+2-pen – Perişiç, 49.

Borussiya (Dortmund) – Fortuna 5:0

Roys, 42; 69. Hazard, 58. Sanço, 63; 74.

Frayburq – Volfsburq 1:0

Şmid, 85.

Leyptsiq – Hoffenhaym 3:1

Verner, 11; 52-pen. Sabitzer, 83 – Biçakçiç, 89.

Bayer – Şalke 2:1Alario, 15; 81 – Raman, 82.