"Yuventus" futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaq istəyir.
Bununla bağlı tərəflər arasında danışıqlar aparılır. Bildirilir ki, Turin klubu argentinalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayına kimi uzatmağı düşünür. Ancaq "Yuventus"a Dibalanın istəklərini təmin etmək üçün illik 10 milyon avro lazım olduğu vurğulanıb.
Qeyd edək ki, Dibala bu mövsüm 16 matçda 7 qol vurub, 3 qolun ötürməsini verib.