“Bavariya”nın futbolçusu Robert Levandovski rekorda imza atıb.

 

Polşalı hücumçunun rekordu Çempionlar Liqasının 5-ci turunda “Srvena Zvezda”nı 6:0 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb.

 

14 dəqiqə 31 saniyəyə 4 qol vuran forvard Çempionlar Liqası tarixində ən qısa zamanda poker edən futbolçu olub.

 

Qeyd edək ki, ÇL-də bu mövsüm 10 qol vuran Levandovski turnirin bombardiridir.