“Qalatasaray”da zədəlilər sırasına daha bir futbolçu qoşulub.

 

Komandanın aparıcı üzvü Florin Andonenin minimum 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

 

Klubun rəsmi saytı məlumat yayıb ki, Türkiyə Superliqasının 11-ci turunda səfərdə “Qaziantep”lə matçın (2:0) 11-ci dəqiqəsində zədələnərək meydanı tərk edən 26 yaşlı hücumçunun diz bağlarında yırtıq aşkarlanıb.

 

Rumınyalı forvard bu mövsüm “aslanlar”ın heyətində ümumilikdə, 9 oyunda 2 qol vurub.

 

Qeyd edək ki, Andonedən əlavə, Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda da zədə səbəbindən komandasına kömək edə bilmir.