Fransalı mütəxəssis Arsen Venger "Bavariya"nın baş məşqçisi vəzifəsinə dəvət aldığını təsdiqləyib.
"Beln Sport" xəbər verir ki, Venger deyib: "Mənə klubdan zəng edərək komandaya rəhbərlik etməyi, bu haqda bir həftə müddətində onlara cavab verməyimi xahiş etdilər”.
Xatırladaq ki, bu günlərdə Münhen klubu baş məşqçsi Niko Kovaçı istefaya göndərib.