16 yaşadək şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

 

Sonuncu turda rəqib Çin yığması üzərində qələbə qazanılıb.

 

Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə etdiyi halda, ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlı rəqibindən üstün olaraq yekunda qələbəni təmin edib. Beləliklə, xallarını 16-ya çatdıran Azərbaycan millisi Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

 

Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub edən komanda təkcə Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

 

Ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.