Türkiyə Superliqasının 10-cu turunda "Rizəspor"la matçda zədələnən "Qalatasaray"ın Şener Özbayraklının son durumu müəyyənləşib.
Bu barədə klubun həkimi Yener İnce "GS TV"yə açıqlamasında bildirib. O, sağ ayaq əzələsində problem olan 29 yaşlı müdafiəçinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib.
Qeyd edək ki, Ş.Özbayraklı bu ilin yayından İstanbul təmsilçisində oynayır.