"Yuventus"un futbolçusu Emre Can qışda Turin klubunu tərk edə bilər.

 

Alman yarımmüdafiəçi klubdakı vəziyyətindən razı deyil. Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyən və bu mövsüm cəmi 4 matçda oynayan 25 yaşlı futbolçu başqa çempionatın top-klubuna getmək istəyir.

 

 
Canla "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir. Onun bu qış "Yuventus"dan ayrılacağı gözlənilir.