“Real”ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun əfsanəvi oyunçusu Raul Qonzales haqda danışıb.

 

Fransalı mütəxəssis “AS” nəşrinə açıqlamasında hazırda “Real”ın ikinci komandası sayılan “Kastilya”nı çalışdıran Raulun gələcəkdə əsas komandaya rəhbərlik edəcəyinə dair fikirlər bildirib:

 

“Raul artıq məşqçidir. Onun 25 il bundan əvvəl “Real”da debüt etməsi faktı onu göstərir ki, biz artıq bir qədər yaşlanmışıq. Raulla birlikdə oynamışam. O, komandanın aparıcı üzvü idi. Əminəm ki, bir gün “Real”ı çalışdıracaq”.

 

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə “Real”da çıxış edib.