“Liverpul” rəhbərliyi klubun texniki sponsoru “New Balance”la müqaviləni vaxtından əvvəl pozmağa hazırlaşdığı üçün cəlb edildiyi məhkəmə çəkişməsini qazanıb.

 

Ali qurum məşhur idman avadanlığı brendi istehsalçısının şikayətini təmin etməyib.

 

"Mersisaydlılar" cari mövsümün sonunda şirkətlə əməkdaşlığa son verəcək. Liverpul klubunun yeni mövsümdən tərəfdaşının “Nike” olacağı gözlənilir.

 

"Liverpul"un “New Balance”la razılaşması əvvəldən belə olub ki, daha yaxşı təklif gəlsə, əməkdaşlığı birtərəfli qaydada dayandıra bilər. Məlumata görə, "qırmızılar"ın cari şirkətlə anlaşmanı pozmaqda məqsədi məhz "Nike"dan daha cəlbedici təklif almasıdır.