Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafar-zadə Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri seçilib.
Səsvermə Fransanın Strasbur şəhərindəki 51-ci Monitorinq Qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində gerçəkləşib.
Avropa Şurasının Anti-Dopinq Konvesiyasinin üzv dövlətlərin Konvesiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin Monitorinq Komitəsinə təqdimatı, Konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi M.Qafar-zadənin əsas iş istiqamətlərindən olacaq. O daha əvvəl 8 il ərzində Avropa Şurasında Beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Avropa Şurasının Anti-Dopinq Konvensiyasına 52 ölkə qoşulub.