Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.
O, G qrupunun Sloveniya - Avstriya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-ü Bakı vaxtı ilə 22:45-də başlayacaq.