İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Ule-Qunnar Sulşerə iki oyunluq vaxt verib.

46 yaşlı norveçli mütəxəssis Premyer Liqanın növbəti iki turunda vəziyyəti düzəltməli, onun rəhbərlik etdiyi kollektiv müsbət nəticələr qazanmalıdır.

“Mançester Yunayted” oktyabrın 20-də lider “Liverpul”u qəbul edəcəyi halda, bir həftə sonra autsayder “Norviç”in qonağı olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” 8 turdan sonra 9 xalla 12-ci sıradadır və liderdən 12 xal geri qalır. Komandanı düşmə zonasından 2 xal ayırır.