UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə 3 görüş keçirilib. “Krasnodar” Rusiyada Yunanıstan “Olimpiakos"una 1:2 hesabı ilə uduzub. İlk matçda da 4:0 hesabı ilə qalib gəlmiş "Olimpiakos" qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib. Qalan iki oyun eynihesablı heç-heçələrlə yekunlaşıb. Lakin bunların birində Serbiya “Srvena Zvezda”sı İsveçrədə "Yanq Boyz"a daha çox top vurduğu, Xorvatiya "Dinamo"su (Zaqreb) isə evdə Norveç "Rusenborq"unu yendiyi üçün ÇL-in qrupuna düşüb. "Krasnodar”, “Yanq Boyz" və "Rusenborq” mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2 Qollar: Daniil Utkin, 10 - Yussef əl-Ərəbi, 11; 48 İlk oyun – 0:4 23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İvseçrə) - 1:1 Qollar: Aleksa Vukanoviç, 59 - Əl-Fərdi ibn Nabuhan, 82 (öz qapısına) İlk oyun – 2:2 23:00. “Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1 Qollar: David Akintola, 11 - Amer Qoyak, 71 İlk oyun – 0:2