Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.

 

İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Xorvatiyanın Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.