İngiltərə Premyer Liqasında 10-cu tur başa çatıb.
“Old Trafford”da keçirilən mərkəzi görüşdə “Mançester Yunayted” və “Çelsi” üz-üzə gəlib. İlk hissədə London klubunun hücumları daha kəsərli alınıb. İlk qol isə 70-ci dəqiqədə vurulub. Bruno Fernandeş rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Qonaqların bu qola cavabı gecikməyib. Cəmi 4 dəqiqə sonra künc zərbəsindən sonra Moyzes Kaysedo tarazlığı bərpa edib. Qarşılaşma 1:1 hesabilə yekunlaşıb. Mankunyanlar 12 xalla 13-cü, hesabında 18 xal olan “Çelsi” isə 4-cüdür. Turun digər matçında Tottenhem doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. 32-ci dəqiqədə qonaqların heyətindən Morqan Rocers hesabı açıb. Lakin bu qol Birmingem klubu üçün yalnız təsəlli olub. 2-ci hissənin əvvəlində Brennan Conson tarazlığı bərpa edib. 75-ci dəqiqədə Dominik Solanke meydan sahiblərini önə keçirib. 4 dəqiqə sonra iniligs hücumçu dubl edib. Oyunda son nöqtəni Ceyms Medison qoyub: “Tottenhem” – “Aston Villa” 4-1. London klubu 16 xalla 7-ci pillədə qərarlaşıb. Rəqibini 2 xal qabaqlayan “Aston Villa” isə 6-cıdır. İngiltərə Premyer Liqasında 25 xal toplayan “Liverpul” liderdir.