Millimiz bu gün Bakıda Slovakiya yığması ilə qarşılaşacaq

14 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Yığmamız 4-cü tur çərçivəsində Bakıda Slovakiya seçməsini qəbul edəcək.
Ənənəvi mətbuat konfransında millimzin baş məşqçisi Fernandu Santuş qarşıdakı oyunla bağlı fikirlərini bildirib. Portuqaliyalı mütəxəssis əsas müdafiə planında inkişaf etməyin vacibliyi deyib. O, meydana qələbə üçün çıxacaqlarını əlavə edib: "Komanda hücumda pis çıxış etmir. Müdafiə planında inkişaf etməliyik. Rəqib qol vəziyyətlərindən istifadə edirsə, cavab vermək çətinləşir. Futbolçular yaratdıqları qol vəziyyətlərindən yararlanmalı olduqlarını düşünməlidirlər. Hər gün onlarla danışırıq, söhbətlər aparırıq. Gələcəyə nikbin baxmaq lazımdır. Düşünürəm ki, bir ildən sonra futbolçular istənilən rəqibə müqavimət göstərə biləcəklər".
Fernandu Santuş Slovakiya ilə matçda kapitanlıq sarğısının Bədavi Hüseynova verməyi düşündüyünü bildirib.  Baş məşqçi fikrini belə izah edib:"Fərdi keyfiyyətləri nəzərə alsaq, Bədavini slovakiya ilə oyunda kapitan kimi düşünürəm. Futbolçu məşqçinin tapşırıqlarını yerinə yetirməyi bacarmırsa, deməli, başqa kapitan seçilməlidir".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20-də  başlanacaq.

CANLI YAYIM