"Neftçi" daha bir futbolçu ilə yollarını ayırdı

10 Oktyabr, 10:30 Sosial mediada paylaşın:
“Neftçi” kolumbiyalı futbolçu Brayan Moreno ilə yollarını ayırıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Qeyd edək ki, zədəli olduğu üçün Morenonun adı 2024/2025 mövsümünün iştirak ərizəsinə salınmayıb.

CANLI YAYIM