Çimərlik futbolu millimiz seçmə mərhələdə 1/8 finala yüksəldi

8 Oktyabr, 13:49 Sosial mediada paylaşın:
İspaniya Kadis şəhərində təşkil olunan Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi davam edir.
A qrupunda yarışın yığmamızın bu dəfəki rəqibi meydan sahibləri olub.  Qrupun ilk iki oyununda müvafiq olaraq İngiltərə millisinə 4-0, Gürcüstan seçməsinə 7-2 hesabı ilə qalib gələn futbolçularımız 1/8 fiala vəsiqəni vaxtından əvvəl təmin etmişdi. İspanlarla qarşılaşma qrup liderliyi baxımından əhəmiyyətli idi. Görüş rəqibin üstünlüyü şəraitində keçib və İspaniya millisi 7-0 hesabl ilə qalib gələrək qrupu ilk pillədə baçşa vurub. Hesabında 6 xalı olan Azərbaycan komandası isə 6 xalla pley ofa yüksəlib. Xatırladaq ki, çimərlik futbou üzrə dünya çempionatının final mərhələsi gələn il mayın 1-dən 11-dək Seyşel adalarında təşkil olunacaq.

CANLI YAYIM