Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qırılıb

8 Oktyabr, 12:46 Sosial mediada paylaşın:
Misli Premyer Liqasının 9-cu turunda mövsümün azarkeş rekordu qeydə alınıb.
"Sumqayıt" - "Qarabağ" görüşünü stadiondan 7000 tamaşaçı izləyib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, mövsümün daha əvvəlki azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınıb. 5-ci turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan izləyib.

CANLI YAYIM