Türkiyə klubları 2-ci turda qələbə qazana bilmədi

4 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 2-ci turunda “Qalatasaray” Latviyada RFS klubu ilə qarşılaşıb. 12-ci dəqiqədə Dris Mertens hesabı açıb. Hissənin tamamına 7 dəqiqə qalmış Yunus Akgün fərqi artırıb. Az sonra Latviya təmsilçisnin heyətindən Yanis İkaunyeks diqqət mərkəzinə düşüb. 2-ci hissədə İstanbul klubu hücumlarının kəsərini artırsa da növbəti qolu da meydan sahibləri vurublar. 55-ci dəqiqədə gürcü hücumçu Laşa Odişarya oyunda son nöqtəni qoyub:  RFS - Qalatasaray 2:2 “Sarı qırmızılar”ın hesabında 4, Latviya klubunun isə 1 xal var.
“Fənərbağça”  Niderlandda “Tvente” ilə üz-üzə gəlib. Bu görüş heç-heçə yekunlaşıb. İlk qolu 29-cu dəqiqədə “Tvente”nin hücumçusu Mixel Vlap vurub. İstanbul klubunun cavab qolu isə 2-ci hissəyə təsadüf edib. 71-ci dəqiqədə Duşan Tadiç “Fənərbağça”nı məğubiyyətdən xilas edib – 1:1. “Fənərbağça” 2 turdan sonra 4 xal toplayıb. “Tvente”nin isə 2 xalı var.
“Beşiktaş” isə doğma meydanda məğlubiyyətlə üzləşib. “Qara qartallar” “Ayntraxt”la bacarmayıblar. 19-cu dəqiqədə Omar Marmuş qonaqları önə keçirib. 3 dəqiqə sonra Junior Ebimbe fərqi artırıb. 27-ci dəqiqədə Çiro İmmobile rəqib qapısına təyin olunan penaltini yerinə yetirə bilməyib. 2-ci hissə də əsasən Almaniya klubunun üstünlıüyü ilə davam edib. 82-ci dəqiqədə Ansgar Nauf 3-cü topu “Beşiktaş”ın qapısından keçirib. Yekun nəticəni isə Artur Masuaku müəyyənləşdirib:  Beşiktaş – Ayntraxt 1:3 Almaniya təmsilçisi 4 xalla 7-ci pillədə qərarlaşıb. “Beşiktaş” isə hələ də xal hesabını aça bilməyib.

CANLI YAYIM