"Qarabağ" Bakıda "Malmö" ilə bacarmadı

4 Oktyabr, 10:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçin “Malmö” klubu ilə qarşılaşıb.
İlk dəqiqələrdən komandalar qarşılıqlı hücumlarla yadda qalıblar. Oyunda hesabı 15-ci dəqiqədə Olavio Juninyo açıb. Çox keçmədən “Malmö” futbolçuları tarazlığı bərpa ediblər. Erik Botheim diqqət mərkəzinə düşüb. 2-ci hisəyə qonaqlar daha fəal başlayıblar və hesabda önə keçiblər. Erik Botheim özünün və komandasının 2-ci qolunu vurub. 59-cu dəqiqədə Olavio Juninyo Abbas Hüseynovun ötürməsindən sonra topu qapıya göndərsə də VAR sistemi oyundan kənar vəziyyət qeydə alınıb. Qalan vaxtda “Qarabağ”ın hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalıb: “Qarabağ” – “Malmö” 1-2. Ağdam klubu liqa mərhələsinin hər iki oyununda məğlubiyyətlə üzləşib. “Malmö” isə yeni formatlı liqada ilk qələbəsini qazanıb. 

CANLI YAYIM