"Bayern" və "Real"dan gözlənilməz məğlubiyyətlər...

3 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Çempionlar Liqasında mübarizəyə 9 qolluq qələbə ilə başlayan "Bayern" Münhen ikinci turda azarkeşlərini məyus edib. Komanda İngiltərədə "Aston Villa" ilə bacarmayıb. 79-cu dəqiqədə Con Duranın vurduğu yeganə qol "İngiltərə" komandasına qələbə qazandırıb. 1:0
Daha bir sensassiya isə Fransada keçirilən qarşılaşmada olub. Yerli "Lill" kollektivi ötən mövsüm Çempionlar liqasında qalib olan rekordçu komanda "Real" Madridə minimal hesabla qalib gəlib. İlk hissəyə artırılan dəqiqələrdə Conatan Deyvidin penaltini dəqiq yerinə yetirməsi həlledici olub.
"Benfika" ikinci turda "Atletiko" Madrid ilə üz-üzə gəlib. Komandanın yeni transferi türkiyəli Kerem Aktürkoğlu bu qarşılaşmada da fərqlənib. O, 13-cü dəqiqədə Fredrik Aursnesin ötürməsini qolla tamamlayıb. Bu qoldan başqa Portuqaliya klubu Anxel Di Mariya, Aleksander Ba və digər türkiyəli oyunçu Orkun Kökçünün qolları ilə də önə keçərək böyükhesablı qələbəni rəsmiləşdirib: "Benfika" - "Atletiko" Madrid 4:0.
"Liverpul" öz meydanında "Bolonya"ya qalib gəlib. Aleksis Makallister və Məhəmməd Salah "mersisaydlılar"ın qələbəsində əsas pay sahibi olublar.
"Dinamo" Zaqreb - "Monako" görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərindən Petar Suçiç və Martin Baturina fərqlənib. Qonaqlardan isə Mohammed Salisu və Denis Zakaria qapını dəqiq nişan alıb. "Dinamo" Zaqreb - "Monako" 2:2.
"Yuventus" isə Almaniyada "Leyptsiq"dən üstün olub. Meydan sahiblərindən Benyamin Şeşko, qonaqlardan isə Duşan Vlahoviç dublla yadda qalıblar. Həlledici qolu isə Fransisko Konsensao vurub. "Leyptsiq" - "Yuventus" 2:3.
Azərbaycanlı FİFA Referisi Əliyar Ağayevin idarə etdiyi  "Şturm" Qraz - "Brügge" qarşılaşması isə minimal hesabla bitib. Belçika klubunun heyətindən Kristos Tzolis paytaxt klubuna qələbə qazandırıb.

CANLI YAYIM