"Qarabağ" bu gün Bakıda "Malmö" ilə qarşılaşacaq

3 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ” Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Malmö”nü qəbul edəcək.  Hər iki komanda ilk turda uduzduğundan bu görüşün əhəmiyyəti daha da artıb. Xatırladaq ki, “Qarabağ” Londonda “Tottenhemə” 0:3, “Malmö” isə doğma arenada “Qlazqo Reyncers”ə 0:2 hesabı ilə məğlub olub. Matçdan qabaq keçirilən ənənəvi mətbuat konfransında ilk olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin önünə çıxıb:  Həqiqətən vacib oyuna çıxırıq. Öz doğma meydanımızda ilk matçımızdır. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis getmir. Bəzi problemlərimiz var. Hər bir halda, çalışırıq ki, komandanı oyuna tam hazırlayaq. Yaxşı oyun göstərməyə və yaxşı nəticə qazanamağa çalışacağıq.
“Malmö”nün baş məşqçisi Henrik Ridström isə bunları deyib: "Qarabağ"ı yaxşı təhlil etmişik. Güclü komandadır. Hətta deyərdim ki, Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı saxlamaq bacarıqları var. Oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik. İnanıram ki, bunu əldə edə biləcəyik."
Xatırladaq ki, “Qarabağ” – “Malmö” qarşılaşması oktyabrın 3-də saat 20:45-də start götürəcək.

CANLI YAYIM