"Roma" heç-heçə etdi, "Lion"dan inamlı qələbə

27 Sentyabr, 14:00 Sosial mediada paylaşın:
İtaliya çempionatının startında uğurlu nəticələrlə yadda qalmayan “Roma” Avropa Liqasına da yaxşı başlaya bilməyib.
Komanda ilk turda doğma meydanda İspaniyanın “Atletik” komandası ilə qarşılaşıb. Görüşdə hesab birinci hissənin ortalarında açılıb. “Roma”nın yeni transferi ukraynalı hücumçu Artyom Dovbik yerli azarkeşləri sevindirib.  İkinci hissədə fəallığını artıran qonaq komanda oyunun başa çatmasına 5 dəqiqə qalmış bərabərlik qolunu vurub. Paredes oyunda son nöqtəni qoyub: “Roma” – “Atletik” 1-1. Fransa təmsilçisi “Lion” isə öz meydanında Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb.  Görüşün ilk hissəsində tərəflərin səylərinə baxmayaraq qapılara qol vurulmayıb. İkinci hissəyə yaxşı meydan sahibləri 65-ci dəqiqədə hesabı açıblar. Çerki dəqiq zərbə ilə rəqib qapıçını məyub edib. 6 dəqiqə sonra “Olimpiakos” qapısında ikinci topu görüb. Bu dəfə Benrahma qolun müəllifi olub. Beləliklə “Lion” doğma meydanda “Olimpiakos” üzərində inamlı qələbə qazanıb - 2-0.

CANLI YAYIM