"Qarabağ" yeni formatlı turnirdə ilk oyununa çıxacaq

26 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Bu gün Qarabağ UEFA Avropa Liqasında ilk oyununa çıxacaq. Təmsilçimiz səfərdə - Londonda “Tottenhem”in qonağı olacaq. “Qarabağ” bu qarşılaşmaya optimal heyətlə çıxacaq. Oyundan əvvəl baş məşqçilər ənənəvi mətbuat konfransında çıxış ediblər. Qurban Qurbanov komandasını çətin oyun gözlədiyini bildirib: “Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq. "Tottenhem" hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq. "Tottenhem"in stadionunda və azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır. İnşallah, sabah futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər".
“Tottenhem”in heyətində əsas itki Kristian Romero, Rişarlison və Djed Spensin adı ilə bağlıdır. London klubunun baş məşqçisi Ange Postekoqlu komandasının yenidən Avropa liqalarında çıxış edəcəyindən mənunluğunu ifadə edib. O eyni zamanda Qarabağ haqqında xos sözlər səsləndirib: “Mövsüm ərzində 50-dən çox oyun keçirəcəyik. Futbolçuların üzərinə böyük yük düşür. Heyətimiz kifayət qədər genişdir. Futbolçuların hamısının bütün matçlarda oynamasını gözləmək olmaz. Müəyyən oyun planımız var. Müxtəlif üslubları olan rəqiblərlə qarşılaşmaq çox faydalıdır. İstənilən halda öz oynumuzu göstərməlı, daha aqressiv çıxış etməliyik. “Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.
Qeyd edək ki, Tottenhem  - Qarabağ matçı bu gün saat 23:00- də başlancaq. Görüşü fransız hakim Villi Delajo idarə edəcək.

CANLI YAYIM