Xuan Mata Avstraliya klubuna keçdi

17 Sentyabr, 13:30 Sosial mediada paylaşın:
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Matanın yeni klubu müəyyənləşib.
36 yaşlı futbolçu Avstraliyanın “Vestern Sidney” klubuna keçib. Mata bu klubla 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.  Qeyd edək ki, təcrübəli oyunçu bu ilin fevral ayında Yaponiyanın “Vissel Kobe” klubu ilə yollarını ayırmışdı. O, karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted” və “Qalatasaray”da çıxış edib.

CANLI YAYIM