"Zirə" Slovakiya komandasını darmadağın etdi

26 İyul, 12:05 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında məğlub olaraq mübarizəyə Konfrans Liqasında davam edən “Zirə” ikinci təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” kollektivi ilə görüşüb. İlk dəqiqələrdən fəallığı ilə seçilən qəsəbə təmsilçisi birinci hissədə 2 dəfə rəqib qapısına yol tapıb. Hesab 29-cu dəqiqədə açılıb. Rafael Utziq dəqiq zərbə ilə fərqlənib. 3 dəqiqə sonra isə Martins Cunior fərqi iki topa çatdırıb. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Zirə” futbolçuları daha 2 dəfə rəqibi meydanın mərkəzinə dəvət ediblər. 51-ci dəqiqədə Davit Volkov qonaqları məyus edib. Gürcü futbolçu 2 dəqiqə sonra yenidən Slovakiya klubunun qapısına yol taparaq dublunu rəsmiləşdirib. “Zirə” – “Dunayska Streda” 4:0.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-də Bakı vaxtı ilə saat 22:3-da başlanacaq. Qarşılaşma Dunayska Streda şəhərinin “MOL” stadionunda təşkil olunacaq.

CANLI YAYIM