Lüis Hemiton Formula 1-də yeni rekord müəyyənləşdirdi

8 İyul, 12:10 Sosial mediada paylaşın:
Formula 1  üzrə mövsümün 12-ci Qran-prisi başa çatıb.
Böyük Britaniyanın məşhur Silverstoun trassında keçirilən yarışda azarkeşlər maraqlı mübarizənin şahidi olub.  Final mərhələsinə  2-ci sıradan başlayan “Mersedes” pilotu Lüis Hemilton  yarışın sonlarına yaxın liderliyi ələ keçirib. Nəticədə 52 dövrəni 1 saat 22 dəqiqə 57 saniyəyə başa vuran 7 qat dünya çempionu bu mövsüm ilk dəfə Qran-pri qalibi olub. Bununla yanaşı, Hemilton Böyük Britaniyada 9-cu dəfə qalib gəlməklə Formula 1 tarixində bir mərhələdə ən çox qələbə sevinci yaşayan pilot kimi tarixə düşüb. Lüis ilk dəfə Silverstonuda 2008-ci, sonuncu dəfə isə 2021-ci ildə fəxri kürsünün ən üst pilləsinə qalxmışdı. Hemiltondan  1,4 saniyə geridə qalan “Red Bull” üzvü Maks Ferstappen 2-ci sıraya yüksəlib. “Maklaren”də çıxış edən Lando Norris isə 3-cülüklə kifayətlənib. Böyük britaniyalı  lider həmyerlisindən 7,5 saniyə geriyə düşüb.  Yarış “Ferrari” pilotları üçün elə də uğurlu alınmayıb. Karlos Sayns mübarizəni 5-ci, Şarl Lekler  isə 14-cü sırada başa vurub. “Alpin”dən Pyer Qasli ilə,  “Mersedes”in şərəfini qoruyan təsnifat mərhələsinin qalibi Corc Rassell müxtəlif səbəblərdən finiş xəttini keçə bilməyib. Şəxsi birinciliyə gəlincə, Ferstappen 255 xalla liderliyini qoruyub. Ondan 84 xal az toplayan Lando Norris 2-ci, 150 xal yığan Şarl Lekler 3-cü sıradadır. Mühəndislər Kubokuna isə 373 xalla “Red Bull!” başçılıq edir.   2-ci yerdə qərarlaşan “Ferrari”nin 301, 3-cü olan “Mersedes”in 295 xalı var. Növbəti yarış iyulun 21-də Macarıstanda keçiriləcək.

CANLI YAYIM