Cüdo millimiz "Böyük dəbilqə" turnirini 3 bürünc medalla başa vurdu

13 May, 12:15 Sosial mediada paylaşın:
Qazaxıstanda “Böyük Dəbilqə” turniri başa çatıb. Astana şəhərində təşkil olunan yarışın son günündə 4 cüdoçumuz tatamiyə çıxıb ki, onlardan da 2-si mükafat qazanıb. 90 kqda yarışan Elcan Hacıyev fəxri kürsüyə qalxıb. Zaqrebdə Avropa çempionu olan cüdoçumuz yarımfinala kimi uğurla irəliləyib. O, finalın 1 addımlığında uduzsa da, 3-cü yer  uğrunda qarşılaşmada qalib gələrək, turniri bürünc mükafatla başa vurub.
Eyni çəkidə mübarizə aparan Vüqar Talıbov da komanda yoldaşının nəticəsini təkrarlayıb. Yarımfinalda uduzan Vüqar bürünc medal uğrunda qarşılaşmada qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Beləliklə “İdman TV”  ilə canlı yayımlanan turniri millimiz 3 bürünc medalla başa vurub. Xatırladaq ki, yarışın ilk günündə 66 kqda Kamran Süleymanov da 3-cü yeri tutmuşdu.

CANLI YAYIM