"Yuventus" son 10 ildə 8-ci dəfə finala yüksəldi

24 Aprel, 13:20 Sosial mediada paylaşın:
İtaliya Kubokunda mübarizə sona yaxınlaşır.
Yarımfinalın ilk oyununda Turində “Yuventus”a 2 cavabsız qolla uduzan “Latsio” cavab görüşündə rəqibini “Stadio Olimpiko”da qəbul edib. Paytaxt klubu qarşılaşmaya yaxşı başlayıb. İqor Tudorun komandası 12-ci dəqiqədə üstünlük qazanıb. 12-ci dəqiqədə Valentin Kastelyanos hesabı açıb. O, fasilədən sonra daha bir qol vuraraq ümumi hesabı bərabərləşdirib. Lakin vaxtın bitməsinə 7 dəqiqə qalmış Arkadiuş Milik qollardan birinin əvəzini çıxaraq vəziyyəti yenidən “Yuventus”un xeyrinə dəyişib. Qonaqlar sərfəli hesabı sonadək qoruyaraq finala vəsiqə qazanıblar. Bununla yarışı rekordçusu “Yuventus” son 10 ildə 8-ci dəfə həlledici oyunda iştirak etmək hüququ qazanıb. İtaliya kubokunun 21 qat qalibi “Byankoneri”  yarışın rekordçusudur. Qeyd edək ki, finala çıxan digər komanda bu gün keçirilən “Atalanta” – “Fiorentina” matçında müəyyənləşəcək. Xatırladaq ki, ilk oyunda Florensiya klubu minimal hesabla qalib gəlib.

CANLI YAYIM