"Arsenal" derbidə 5 cavabsız qolla qalib gəldi

24 Aprel, 13:00 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 29-cu turdan təxirə salınan oyun keçirilib.
“İdman TV”də canlı yayımlanan London derbisində “Arsenal” “Emireyts”də “Çelsi”ni qəbul edib. Qarşılaşmaya güclü hücumlarla başlayan “topçular” erkən qolla hesabı açıb. 4-cü dəqiqədə Leandro Trossardın zərbəsi qarşısıalınmaz olub. Azarkeşlər ilk hissədə yalnız 1 qol görüblər. Fasilədən sonra daha məhsuldar mübarizə qeydə alınıb. “Çelsi” vəziyyəti xeyrinə dəyişə bilməyib. 52-ci dəqiqədə fərq artıb. Ben Vayt diqqət mərkəzinə düşüb. Az sonra Kay Haverts hesabı 3:0-a çatdırıb. Almaniyalı futbolçu çox keçmədən dubl edib. 70-ci dəqiqədə Ben Vayt da topu 2-ci dəfə rəqib qapısından keçirərək eyni uğura nail olub. Bu, görüşdə sonuncu qol kimi yadda qalıb. Beləliklə “Arsenal” paytaxt derbisində “Çelsi”nin qapısından 5 cavabsız top keçirərək inamlı qələbə qazanıb. Xallarının sayını 77-ə çatdıran Mikel Artetanın komandası zirvədə möhkəmlənib. Ehtiyatda 1 oyun olan “Liverpul” 74 xalla 2-ci, ehtiyatda 2 görüş olan “Mançester Siti” isə 73 xalla 3-cüdür. “Çelsi” 49 xalla 9-cudur.

CANLI YAYIM