"Azərreyl" ölkə çempionu oldu

24 Aprel, 11:00 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Azərbaycan çempionatına yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan  final matçında "Azərreyl" və "Abşeron" komandaları qarşıaşıb. Görüşün favoriti olan "Azərreyl" voleybolçuları ilk seti böyük fərqlə xeyirlərinə başa vurublar.  25:13. İkinci hissədə "Abşeron" komandası vəziyyəti xeyirinə dəyişib. 25:15 hesabı ilə üstün olan "Abşeron" setlərdə bərabərliyi təmin edib. Sonrakı iki hissədə inamlı oyun nümayiş etdirən “Azərreyl” 25:21 hesablı qələbələr sayəsində fəxri mükafata yiyələnib.   Final görüşündən sonra yarışların təntənəli bağlanış mərasimi keçirilib.  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qalib və mükafatçıları təbrik edib. Qeyd edək ki, “Azərreyl” klubu həm kişilərin, həm də qadınların turnirində Azərbaycan çempionu adını qazanıb.

CANLI YAYIM